Bakı-APA. İraqın Mosul şəhərində endirilən hava zərbəsi nəticəsində İŞİD qruplaşmasının ali rəhbərliyinin iki nümayəndəsi öldürülüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun məlumatında deyilir.
Öldürülənlər İŞİD-in “müdafiə nazirinin müavini” Əhməd Sultan əl-Bəhari və qruplaşmanın Mosuldakı komandiri Hatəm Talib əl-Hamdunidir.
Məlumata əsəsən, keçmiş “Əl-Qaidə” qruplaşmasının üzvü Əhməd Sultan əl-Bəhari 2014-cü ildə Mosul şəhəri uğrunda döyüşlərdə fəal iştirak edib.
Xatırladaq ki, Mosul şəhəri 10 iyun 2014-cü ildən İŞİD-in nəzarəti altındadır.