"PAŞA Həyat Sığorta": "Günəşli" yatağındakı qəzaya görə kompensasiyaların ödənilməsi üçün siyahı dəqiqləşdirilir

"PAŞA Həyat Sığorta": "Günəşli" yatağındakı qəzaya görə kompensasiyaların ödənilməsi üçün siyahı dəqiqləşdirilir
# 07 dekabr 2015 12:18 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğında xəsarət alanlar və itkin düşənlərin ailələrinə sığorta ödənişinin verilməsi üçün siyahı dəqiqləşdirilir.

Bu barədə "APA-Economics"ə "PAŞA Həyat Sığorta" şirkətinin sözçüsü Elnur Hüseynquliyev məlumat verib.

E. Hüseynquliyevin sözlərinə görə, hazırda SOCAR-ın müvafiq idarələri ilə birlikdə məlumatlar toplanılır: “Siyahı dəqiqləşdirilir, ödənişlərin verilməsi ilə bağlı hesablamalar aparılır. Hadisədən zərər çəkənlərin hamısına sığorta ödənişi veriləcək”.

Qeyd edək ki, SOCAR-ın əməkdaşlarının "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığortasını “PAŞA Həyat Sığorta” şirkəti həyata keçirib.

Xatırladaq ki, dekabrın 4-də “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verib. Nəticədə 1 nəfər həlak olub, 29 nəfər itkin düşüb, 32 nəfər isə xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR