Kitabxanaçıların Gəncə-Qazax zonası üzrə müşavirəsi keçiriləcək

Kitabxanaçıların Gəncə-Qazax zonası üzrə müşavirəsi keçiriləcək
# 19 oktyabr 2015 13:25 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Oktyabrın 21-də kitabxanaçıların Gəncə-Qazax zonası üzrə müşavirəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə şöbəsindən APA-ya verilən məlumata görə, müşavirə Gəncə şəhərində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə baş tutacaq.

Müşavirədə kitabxanaların rolu, inkişaf perspektivləri, Mərkəzləşdirilmiş Elektron Kitabxana-İnformasiya Sistemindən (ALİSA) istifadə zamanı mütəxəssislər tərəfindən müşahidə edilən problemlər və onların həlli məsələləri müzakirə olunacaq.

Eyni zamanda kitabxana mütəxəssisləri tərəfindən müvafiq sahəyə dair müxtəlif mövzularda fikir və təcrübə mübadiləsi aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR