Türkiyənin Küveytdəki hərbi attaşesi Avropaya qaçmaq istəyərkən saxlanılıb

Türkiyənin Küveytdəki hərbi attaşesi Avropaya qaçmaq istəyərkən saxlanılıb
# 18 iyul 2016 12:16 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Türkiyədə hərbi çevriliş cəhdinin uğursuzluqla nəticələnməsindən sonra Avropaya qaçmağa çalışan Türkiyənin Küveytdəki hərbi attaşesi Mikail Güllü Səudiyyə Ərəbistanında saxlanılıb.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, M. Güllü Dammam Kral Fəhd hava limanından Avropaya qaçmaq istəyərkən Səudiyyə Ərəbistanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

M. Güllünün Almaniyanın Düsseldorf şəhərinə getmək istədiyi məlum olub. Səudiyyə Ərəbistanı mətbuatının yazdığı xəbərə görə, M. Güllü Türkiyənin tələbi ilə saxlanılıb. Artıq onun Türkiyəyə göndərilməsinə hazırlıq görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR