Narkotik vasitədən zəhərlənən Şirvan sakini xəstəxanaya yerləşdirilib

Narkotik vasitədən zəhərlənən Şirvan sakini xəstəxanaya yerləşdirilib
# 12 yanvar 2016 16:17 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Narkotik vasitəni dozadan artıq qəbul edən Şirvan sakini xəstəxanaya yerləşdirilib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, 1987-ci il təvəllüdlü Səfərov Rauf Rafiq oğlu narkotik vasitədən zəhərlənmə diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

R. Səfərov xəstəxanaya təzyiqi düşmüş, hipoksiya vəziyyətində daxil olub. Təcili və təxirəsalınmaz tədbirlər görüldükdən sonra onun həyatını xilas etmək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR