Şəmkir sakini özünü güllələyib

Şəmkir sakini özünü güllələyib
# 06 iyun 2016 09:19 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Şəmkirdə intihar hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 5-də Şəmkir rayonunun Sabirkənd kəndində yaşayan Elmar Heydərov evində tüfəngdən atəş açaraq özünü öldürüb.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR