ABŞ-ın üç alimi “Fizika” üzrə Nobel mükafatına layiq görülüb

ABŞ-ın üç alimi “Fizika” üzrə Nobel mükafatına layiq görülüb
# 04 oktyabr 2016 12:04 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. 2016-cı il Nobel mükafatının “Fizika” nominasiyası üzrə qalibləri açıqlanıb.

APA-nın Nobel Fondunun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu mükafata ABŞ alimləri David Saules, Danken Haldeyn və Maykl Kosterilts layiq görülüb.

Alimlər mükafatı “Topoloji faza keçidlərinin və topoloji materiyanın fazalarının nəzəri kəşfi” sahəsindəki uğurlarına görə alıblar.

Qeyd edək ki, Kimya üzrə mükafat oktyabrın 5-də, Sülh üzrə oktyabrın 7-də, İqtisadiyyat üzrə isə oktyabrın 10-da elan olunacaq.

Ədəbiyyat üzrə Nobel mükafatının elan olunma tarixi qeyri-müəyyən vaxtadək təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR