Banklar üç aydır dövlət vəsaiti hesabına ipoteka kreditləşməsini dayandırıb

Banklar üç aydır dövlət vəsaiti hesabına ipoteka kreditləşməsini dayandırıb
# 14 sentyabr 2016 08:36 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. İyul ayında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına banklar tərəfindən ipoteka krediti verilməyib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, may, iyun ayında olduğu kimi iyulda da banklar tərəfindən ipoteka kreditləri verilməyib. Bununla belə, bu ilin I yarısında banklar tərəfindən 1,1 mln. manatlıq ipoteka krediti verilib.

İyul ayında dövlət büdcəsindən AİF-ə 5,1 mln. manat ayrılıb. Bununla da, bu il ərzində dövlət büdcəsindən AİF-ə ayrılan vəsaitin həcmi 28,2 mln. manata çatıb.

Bu ilin iyul ayında AİF 1,2 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.

Əvvəlki 6 ayda olduğu kimi iyulda da fondun istiqrazları yerləşdirilməyib.

AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu ilin avqustun 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 40 882,6 manat, orta müddəti 280 ay, orta faiz dərəcəsi 6,70%, aylıq ödəniş isə 296,1 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR