Bakıda 37 yaşlı kişi qətlə yetirilib

Bakıda 37 yaşlı kişi qətlə yetirilib
# 21 dekabr 2015 22:39 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bakının Nizami rayonu ərazisində qətl hadisə törədilib.

APA-nın məlumatına görə, hadisə Keşlə qəsəbəsində törədilib.

Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü Vüsal Xəlilov Sabir küçəsində kirayədə yaşadığı evdə qətlə yetirilib. Naməlum şəxs onun boğazına bıçaq xəsarəti yetirib. O, aldığı xəsarət nəticəsində hadisə yerində dünyasını dəyişib.

Vüsal Xəlilov Bakıdakı ticarət mərkəzlərindən birində ticarətlə məşğul olurmuş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR