Bakının mərkəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

 Bakının mərkəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
# 01 aprel 2016 07:56 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bakı şəhərində keçiriləcək “Formula-1” yarışına hazırlıq işləri ilə əlaqədar Neftçilər prospektinin Zərifə Əliyeva küçəsi ilə kəsişməsindən Əziz Əliyev küçəsi ilə kəsişməsinədək olan hissəsində yolun 3 zolağında və Əziz Əliyev küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “APA-Economics”ə məlumata verilib.

Məlumata görə, bu səbəbdən Yusif Səfərov, Neftçilər və Üzeyir Hacıbəyov küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR