Sergey Lavrov: "Heç kəs Rusiya-Ukrayna əlaqələrinin kəsilməsində maraqlı deyil"

Sergey Lavrov: "Heç kəs Rusiya-Ukrayna əlaqələrinin kəsilməsində maraqlı deyil"
# 15 avqust 2016 11:43 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Heç kəs Rusiyanın Ukrayna ilə diplomatik əlaqələrinin kəsilməsində maraqlı deyil".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə Yekaterinburqda görüşünün yekunlarına dair birgə mətbuat konfransında deyib.

"Fikirləşmirəm ki, biz kiminsə diplomatik münasibətləri kəsilməsində maraqlı olduğu vəziyyətdəyik. Mənə elə gəlir ki, indi emosiyalara qapılmaq, ekstremal fəaliyyət planlarına getmək olmaz. Əksinə, təmkinli olub vəziyyətin sabitləşməsini təmin etmək lazımdır", - deyə Rusiya XİN başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR