Zərif: “İran münaqişənin dinc yolla həlli üçün var gücü ilə çalışmağa hazırdır”

Zərif: “İran münaqişənin dinc yolla həlli üçün var gücü ilə çalışmağa hazırdır”
# 05 aprel 2016 13:00 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. "Hər kəs yeni böhran və problemlərin yaranmamasına çalışmalıdır".

APA-nın İran bürosunun xəbərinə görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İranda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə deyib.

O, regionda mövcud olan böhranlara toxunaraq, Dağlıq Qarabağda tez bir zamanda atəşkəsin bərpasının zəruriliyini vurğulayıb: “İran münaqişənin dinc yolla həlli məqsədilə var gücü ilə çalışmağa hazırdır”.

Azərbaycan və İran XİN başçılarının ikitərəfli görüşündə qarşılıqlı əlaqələrin inkişafı yollarını müzakirə edib və iki ölkə arasında bütün sahələrdə, xüsusilə iqtisadi sahədə əlaqələrin inkişafının zəruriliyi vurğulanıb. E. Məmmədyarov Azərbaycanın Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsinə sərmayə yatırmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, İranın Mazandaran əyalətinin Ramsər şəhərində İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşü keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR