Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən xeyli miqdarda spirtli içki və siqaret müsadirə olunub

Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən xeyli miqdarda spirtli içki və siqaret müsadirə olunub
# 30 dekabr 2015 11:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Tovuz Gömrük İdarəsinin əməkdaşları üzərində aksiz markası olmayan xeyli miqdarda spirtli içki və siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşları - Elmir Musayevin idarə nəqliyyat vasitəsindən 124 ədəd 1 litrlik “Russkiy standart”, Fuad Ocaqverdiyevin idarə etdiyi “Ford Transit” markalı nəqliyyat vasitəsindən 58 ədəd 1 litrlik və 9 ədəd 0,5 litrlik “Nemirov” araqları, Rövşən Atakişiyevin idarə etdiyi nəqliyyat vasitəsindən 16400 ədəd “Marlboro”, 11400 ədəd “Marlboro touch”, 7200 ədəd “Parlament” və 4800 ədəd “Vinston” siqaretləri, Teymur Əliyevin idarə etdiyi “Mercedes-Benz C180”markalı nəqliyyat vasitəsindən isə 3000 ədəd “Marlboro” siqareti gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar olunaraq saxlanılıb.

Bütün faktlarla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR