Bakının şimal girişində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakının şimal girişində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
# 18 aprel 2016 10:58 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Aprelin 18-i axşam saat 22:00-dan 19 aprel səhər saatlarınadək paytaxt Bakının şimal girişində, daha dəqiqi Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun şəhərə doğru olan istiqamətində, Beynəlxalq Avtovağzal kompleksinin yaxınlığında təmir-bərpa işləri aparılacaq.

“Azəravtoyol” ASC-dən "APA-Economics"ə verilən məlumata görə, təmir-bərpa işləri yolun sağ kənar iki hərəkət zolağında aparılacaq. Bu səbəbdən həmin zolaqlarla nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Avtomobil yolunun sol kənar iki hərəkət zolağı ilə isə nəqliyyat vasitələrinin hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq. Bakı şəhərinə doğru istiqamətdə olan nəqliyyat vasitələri həmin iki hərəkət zolaqları ilə maneəsiz şəkildə hərəkətlərinə davam edə biləcəklər.

Təmir-bərpa işləri zamanı yarana biləcək müvəqqəti narahatlığa görə “Azəravtoyol” ASC vətəndaşlardan üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR