Bakı-APA. Boliviyada avtobusun qəzaya uğraması nəticəsində 17 nəfər ölüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Vilyanson-La-Pas marşrutu üzrə hərəkət edən avtobus yol kənarındakı qayaya çırpılıb, sonra isə aşıb.
Ölənlərdən 9-u kişi, 8-i isə qadındır.
Bu, Boliviyada ilin əvvəlindən bəri ən böyük yol qəzasıdır.