Parisdə Suriya müxalifətini dəstəkləyən ölkələrin görüşü keçirilir

Parisdə Suriya müxalifətini dəstəkləyən ölkələrin görüşü keçirilir
# 15 dekabr 2015 00:55 (UTC +04:00)

Bakı-APA. Dekabrın 14-də Fransanın paytaxtında Suriya müxalifətini dəstəkləyən ölkələrin görüşü başlayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Fransa XİN-in məlumatında bildirilir.

Görüşdə 9 ölkənin nümayəndələri iştirak edir. Danışıqların əsas məqsədi dekabrın 18-də Rusiya və İranın iştirakı ilə Nyu-Yorkda keçiriləcək "Suriyaya dəstək qrupu"nun görüşünə hazırlıqdır.

Fransa XİN-in məlumatına əsasən, Fransa xarici işlər naziri Loran Fabius Parisdə ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Qətər və Türkiyə xarici işlər idarələri rəhbərləri ilə görüşüb.

ABŞ-ın dövlət katibi Con Kerri isə Qətər və İordaniyanın XİN rəhbərləri ilə danışıqlar aparıb. Hələlik danışıqların detalları barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR