Kim Çen In ordunu Seula zərbə endirməyə hazır olmağa çağırıb

Kim Çen In ordunu Seula zərbə endirməyə hazır olmağa çağırıb
# 25 mart 2016 04:26 (UTC +04:00)

Bakı-APA. Şimali Koreya lideri Kim Çen In artilleriya qoşunlarının genişmiqyaslı təlimi çərçivəsində çıxışı zamanı hərbçiləri hücum əmri verilən kimi Seuldakı hökumət qurumlarına zərbələr endirməyə hazır olmağa çağırıb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə “Renhap” agentliyi məlumat yayıb.

“Şimali Koreya Cənubi Koreyanın dövlət qurumlarını amansızcasına məhv etməklə ölkənin birləşməsinə nail olmalıdır”, - deyə Kim Çen In bildirib. Onun sözlərinə görə, ordunun döyüş ruhu və hazırlığı daim yüksək səviyyədə saxlanılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR