ADA Universitetində təhsil siyasəti və tədqiqat forumu keçirilib

ADA Universitetində təhsil siyasəti və tədqiqat forumu keçirilib
# 18 mart 2016 11:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün ADA Universitetində “Yerli və beynəlxalq təhsil təcrübələrinin yaxınlaşması” mövzusunda təhsil siyasəti və tədqiqat forumu keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən ADA-nın rektoru Hafiz Paşayev bildirib ki, təhsillə yanaşı elmi tədqiqatların inkişafı təhsil sistemində vacibdir. Onun sözlərinə görə, təhsil və elm bərabər inkişaf etməli və addımlamalıdır: "Cavan tədqiqatçılara imkan vermək lazımdır ki, onlar işlərini geniş ictimaiyyətə təqdim edə bilsinlər. Bunun üçün də belə forumların keçirilməsinin mühüm əhəmiyyəti var. İndiyə kimi artıq 3 belə forum keçirilib. Ümid edirik ki, bu forumlarda müzakirələrin, qarşılıqlı fikir mübadiləsinin aparılması öz töhfələrini verəcək”.

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, bəşəriyyət bilik iqtisadiyyatı dövründə və çərçivəsində yaşayır. Onun sözlərinə görə, universitetlərin fəaliyyəti ancaq bilik, elm məbədləri kimi məhdudlaşa bilməz: “Onlar müasir dövrdə ənənəvi sosial rolunu qoruyub saxlamaqla iqtisadi inkişafda əhəmiyyətli rol oynamağa başlayırlar. Təhsil sahəsi iqtisadiyyatdan kənarda deyil və təhsilin beynəlmilləşməsi vacibdir. Milli universitetlərin çevik transformasiyasını və rəqabətədavamlı olmaq vəzifəsini qarşıya məqsəd qoyulur. Çünki əks halda milli universitetlər 20-30-40 ildən sonra kəskin rəqabətlə üzləşəcəklər. Çıxış yolu Azərbaycanın minlərlə, on minlərlə təhsil alan, təcrübə keçən yüksək bilik, savada və kompitensiyaya malik olan insanların qısa müddət ərzində təhsil sisteminə inteqrasiya edilməsidir. Biz inanırıq ki, universitetlərin dayanıqlığı ilə verilən təhsilin keyfiyyəti arasında asılılıq getdikcə artacaq. ADA-nın strateji fəaliyyət planın hazırlanması və tətbiq edilməsi bir nümunədir. Hər bir universitet bilməlidir ki, 10 ildən sonra harada olmalı, hədəfləri nədir, ora çatmaq üçün nə etməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR