Lavrov: "Rusiya, Azərbaycan və İranın ortaq məqsədləri var"

Lavrov: "Rusiya, Azərbaycan və İranın ortaq məqsədləri var"
# 07 aprel 2016 11:06 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Görüşdə təhlükəsizlik, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər məsələlər istiqamətində əməkdaşlıq müzakirə olundu. Bizim ortaq məqsədlərimiz var".

APA-nın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin Bakıda keçirilən görüşündən sonrakı mətbuat konfransında deyib.

O, terrorizm, qaçaqmalçılıq kimi məsələlərlə birgə mübarizə aparmağın tərəfdarı olduqlarını bildirib: "Azərbaycanla bu sahədə əməkdaşlığımız var, amma düşünürük ki, bu, üçtərəfli formatda daha effektiv olacaq".

S. Lavrov bəzi layihələrin maliyyə tərəfləri ilə bağlı da müzakirə apardıqlarını deyib: "Qərara gəldik ki, müvafiq qurumlar bu istiqamətdə danışıqlar aparıb, razılaşmalar əldə etsin. Buraya nəqliyyat, gömrük, su xətləri və digər sahələr də daxildir. Həmkarlarım da turizm və biznes sahəsində çalışanların üçtərəfli görüşlərində maraqlıdırlar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR