Bakı avtovağzalında bıçaqlanma hadisəsi baş verib

Bakı avtovağzalında bıçaqlanma hadisəsi baş verib
# 06 oktyabr 2016 01:42 (UTC +04:00)

Bakı-APA. Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, 34 yaşlı Fərid Atakişiyev Bakı Beynəlxalq Avtovağzalı ərazisində bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Fərid Atakişiyevi bıçaqlayan şəxs hadisə yerindən qaçıb. Hadisə yerinə ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları gəliblər. Şahidlər dindirilib, avtovağzal ərazisindəki müşahidə kameralarının görüntülərinə baxış keçirilib. Yaralını dindirmək hələlik mümkün olmayıb.

Hadisəni törədən şəxsin axtarışları davam edir. Faktla əlaqədar cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR