Qazaxda çətənə kolları becərən şəxs saxlanılıb

Qazaxda çətənə kolları becərən şəxs saxlanılıb
# 18 avqust 2016 15:46 (UTC +04:00)

Qazax. Azər Məmmədli – APA. Qazax rayonunda narkotik tərkibli narkotik vasitə olan çətənə kolları becərən şəxs saxlanılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə Qazax rayon Polis Şöbəsinə Yuxarı Salahlı kənd sakini Mübariz Daşdıyevin çətənə kolu əkməsi ilə bağlı məlumat daxil olub.

Əməliyyat qrupu əraziyə baxış zaman yetişmiş vəziyyətdə, 2 metrdən hündür, ümumi çəkisi 14 kiloqramdan çox olan 10 iri gövdəli çətənə kolu və onlara qulluq olunmasını sübut edən vasitələr aşkarlanıb.

Saxlanılan Daşdıyev Mübariz narkotik vasitəni öz istifadəsi üçün əkdiyini deyib. Onun avtomobilinə baxış zamanı yük yerindən çəkisi 1 kiloqram 785 qram olan iki çətənə kolu da aşkarlanıb.

Faktla bağlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR