Rumıniyada çörək zavodunda güclü partlayış baş verib

Rumıniyada çörək zavodunda güclü partlayış baş verib
# 05 noyabr 2015 21:34 (UTC +04:00)

Bakı-APA. Rumıniyanın Braşov şəhərində çörək zavodunda baş vermiş partlayış nəticəsində azı 5 nəfər xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, onlarla insan dağıntılar altında qalıb.

Partlayışdan sonra müəssisədə yanğın başlayıb. Hazırda hadisə yerində yanğınsöndürənlər və tibb briqadaları işləyir.

Partlayışın başvermə səbəbi hələ ki, məlum deyil.

Qeyd edək ki, bundan əvvəl Rumıniyanın paytaxt Buxarestdə gecə klubunda baş vermiş partlayış nəticəsində 30-dan çox insan həyatını itirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR