Mixail Saakaşvili Ukraynanın Rio 2016-dakı çıxışından narazı qalıb

Mixail Saakaşvili Ukraynanın Rio 2016-dakı çıxışından narazı qalıb
# 22 avqust 2016 10:08 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Gürcüstanın keçmiş prezidenti, Ukraynada Odessa vilayətinin rəhbəri Mixail Saakaşvili Ukrayna yığmasının Rio-de-Janeroda Yay Olimpiya Oyunlarında əldə etdiyi nəticəni “faciəvi şəkildə pis” adlandırıb. APA-nın məlumatına görə, bu barədə o "facebbok" səhifəsində yazıb.

O, yığmanın əldə etdiyi medallardan razı qalmadığını bəyan edib. “Bizi Azərbaycan, Qazaxıstan, Macarıstan, Kuba, Keniya, Yamayka və potensialı və idmançıların sayına görə Ukraynadan aşağı digər ölkələr qabaqladılar. Ukraynadan 10 dəfə az idmançısı olan Gürcüstan belə təxminən Ukrayna qədər medal qazandı”.

Mixail Saakaşvili hesab edir ki, qazanılan medallar Ukraynanın nəhəng idman potensialını əks etdirmir. Onun sözlərinə görə, adətən bu kimi məğlubiyyətdən sonra idman naziri istefaya getməlidir. Lakin keçmiş prezident bunun baş verəcəyini ehtimal etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR