Böyük Britaniyanın ticarət nümayəndəsi Azərbaycana gələcək

Böyük Britaniyanın ticarət nümayəndəsi Azərbaycana gələcək
# 27 may 2016 12:57 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Birləşmiş Krallığın Azərbaycan üzrə ticarət nümayəndəsi baronessa Emma Nikolson mayın 31-də Azərbaycana gələcək.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər iyunun 6-dək davam edəcək.

O, iyunun 1-4-də keçiriləcək 23-cü Beynəlxalq Neft və Qaz sərgisində iştirak edəcək.

Səfər zamanı E. Nikolsonun Azərbaycan prezidenti İlham Əliyevlə də görüşü nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR