Ukrayna ordusunun 1 hərbçisi ölüb, 7 hərbçi yaralanıb

Ukrayna ordusunun 1 hərbçisi ölüb, 7 hərbçi yaralanıb
# 01 may 2016 14:15 (UTC +04:00)

Bakı-APA. Ötən sutka ərzində Ukraynada antiterror əməliyyatları zonasında bir hərbi həyatını itirib, 7 hərbçi yaralanıb.

APA-nın “Ukrinform” agentliyinə istindən verdiyi məlumata görə, bunu bu gün Ukrayna prezidentinin antiterror əməliyyatları məsələləri üzrə mətbuat katibi Aleksandr Motuzyanik keçirdiyi mətbuat konfransında bildirib.

A. Motuzyanik deyib ki, sutka ərzində Svetlodar su anbarı yaxınlığında bir Ukrayna hərbçisi qumbaraatandan açılan atəş nəticəsində həyatını itirib. Ukrayna ordusunun 5 hərbçisi Avdeyevka, 5 hərbçisi isə Mariupol istiqamətində yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR