İstanbul-Bakı və Bakı-İstanbul aviareysləri təxirə salınıb

İstanbul-Bakı və Bakı-İstanbul aviareysləri təxirə salınıb
# 16 yanvar 2016 21:47 (UTC +04:00)

Bakı-APA. İstanbulda proqnozlaşdırılan qeyri-sabit hava şəraiti ilə əlaqədar “Türk Hava Yolları”nın yanvarın 17-nə nəzərdə tutulan İstanbul-Bakı və Bakı-İstanbul aviareysləri təxirə salınıb.

APA-nın xəbərinə görə, “Türk Hava Yolları”nın rəsmi saytında dərc edilmiş məlumatda bildirilir ki, yerli vaxtla saat 06:10-da İstanbul-Bakı və 20:55-də Bakı-İstanbul marşrutu üzrə planlaşdırılan aviareyslər təxirə salınıb.

Qeyd edək ki, fırtınalı hava şəraiti ilə əlaqədar İstanbulda onlarla aviareys təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR