ABŞ-da prezidentliyə daha bir iddiaçı namizədliyini geri götürüb

ABŞ-da  prezidentliyə daha bir iddiaçı namizədliyini geri götürüb
# 13 fevral 2016 01:30 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidentliyinə daha bir namizəd, respublikaçı Cim Qilmor namizədliyini geri götürüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, vaxtilə ABŞ əks-kəşfiyyatında çalışmış C.Qilmor 1998-2002-ci illərdə Virciniya ştatının qubernatoru olub.

Beləliklə, bundan sonra Respublikaçılar partiyasından prezident kürsüsü uğrunda 6 nəfər mübarizə aparacaq. Bunlar milyardçı Donald Tramp, Texas ştatının senatoru Ted Kruz, Florida ştatının senatoru Marko Rubio, Floridanın sabiq qubernatoru Ceb Buş, Ohayo ştatının qubernatoru Con Keysik və qaradərili neyrocərrah Ben Karsondur.

Qeyd edək ki, bundan əvvəl Nyu-Cersi ştatının qubernatoru Kris Kristi və “Hewlett-Packard” şirkətinin sabiq başçısı Karli Florina ABŞ prezidentliyinə namizədliklərini geri götürmüşdülər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR