Xudatda yaşıllıq zolağında yanğın söndürülüb - YENİLƏNİB

Xudatda yaşıllıq zolağında yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB
# 08 sentyabr 2016 13:21 (UTC +04:00)

Xudat. Vəli Turan – APA. Bu gün günorta saatlarında Xudat şəhəri ərazində qeydə alınan yanğın söndürülüb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, təxminən 2 hektar ərazidə quru kol-kos yanıb. Yanğının söndürülməsi üçün 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

Yanğının daha geniş əraziyə keçməsinin qarşısı alınıb.

***

12:57

Xaçmaz. Vəli Turan – APA. Quba rayonunda yanğın hadisəsi olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba rayonunun Barlı kəndində Nəcəf Abbasova məxsus tövlə və bir ton ot yanıb.

6 baş iribuynuzlu heyvan vaxtında tövlədən çıxarılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Quba Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları cəlb olunub. Yanğın söndürülüb, onun digər ərazilərə keçməsinin qarşısı alınıb.

Digər yanğın hadisəsi isə təxminən yarım saat əvvəl Xudat şəhərinin girəcəyindəki yaşıllıq zolağında qeydə alınıb. Yanğının söndürülməsi üçün FHN-nin Xaçmaz Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını əraziyə göndərilib. Yanğının daha geniş əraziyə yayılmaması üçün tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR