Sumqayıtda 24 yaşlı qız yaşadığı evdə öldürülüb

Sumqayıtda 24 yaşlı qız yaşadığı evdə öldürülüb
# 22 yanvar 2016 14:37 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Sumqayıtda qətl törədilib.

Sumqayıt Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Corat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1992-ci il təvəllüdlü Səbinə Cavanşir qızı Salayeva yaşadığı evdə qətlə yetirilib.

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya bildirilib ki, artıq hadisəni törədən şəxsin kimliyi müəyyənləşib. Hazırda onun tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR