Rusiya 17,7 mlrd. manatlıq antiböhran planı hazırlayıb

Rusiya 17,7 mlrd. manatlıq antiböhran planı hazırlayıb
# 18 fevral 2016 13:13 (UTC +04:00)

Bakı - APA-Economics. Rusiya antiböhran planına təxminən 880 mlrd. rubl (17,7 mlrd. manat) xərc çəkəcək. "APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib.

Xatırladaq ki, yanvarın 28-də A. Ulyukayev bildirib ki, antiböhran planı 750 mlrd. rubl (təxminən 15,1 mlrd. manat) xərc tələb edir.

Sənədin yekun variantı fevralın 29-u baş nazirin birinci müavini İqor Şuvalova təqdim olunmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR