Dövlət Departamenti: ABŞ Cənubi Osetiyanın Rusiya ilə birləşməsinə dair “referendum”un keçirilməsinin əleyhinədir

Dövlət Departamenti: ABŞ Cənubi Osetiyanın Rusiya ilə  birləşməsinə dair  “referendum”un keçirilməsinin əleyhinədir
# 27 may 2016 03:22 (UTC +04:00)

Bakı-APA. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner ABŞ hakimiyyətinin Cənubi Osetiyada Rusiyaya birləşməyə dair “referendum” keçirilməsinin əleyhinə olduğunu bildirib. APA-nın “Qazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin saytında bildirilir.

“Biz Gürcüstanın ərazi bütövlüyü və suverenliyini tanıyırıq. Cənubi Osetiya Gürcüstanın tərkib hissəsidir ”, - deyə diplomat

Tonerin sözlərinə görə, ABŞ Cənubi Osetiyanın suverenlik əldə etmək cəhdlərini tanınır.

Qeyd edək ki, 2017-ci ildə separatçı Cənubi Osetiyanın Rusiya Federasiyasının tərkibinə daxil olması ilə bağlı “referendum” keçiriləcək.

Bundan əvvəl verilən məlumata görə, müvafiq sənədi Cənubi Osetiya separatçı rejimin “prezidenti” Leonid Tibilov və “parlamentin sədri” Anatoli Bibilov imzalayıblar.

Sənəd prezident yanında Siyasi Şuranın iclasında qəbul edilib.

“Cənubi Osetiya xalqının maraqlarını rəhbər tutaraq, respublikanın 2017-ci ildə Rusiya Federasiyasının tərkibinə keçirilməsi barədə referendumun 2016-cı ilin 26 may tarixində keçirilməsini məqsədəuyğun bilirik”, - deyə imzalanan bəyanatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR