Xətaidə çoxmərtəbəli binadakı yanğınla bağlı məhkəmədə şahid və zərərçəkənlər dindirilib

Xətaidə çoxmərtəbəli binadakı yanğınla bağlı məhkəmədə şahid və zərərçəkənlər dindirilib
# 27 sentyabr 2016 13:49 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonunda 9 mərtəbəli yaşayış binasındakı yanğınla bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, iclasda zərərçəkmiş Əfrəddin Veysəlov ifadə verib. O, qızının evinin yandığını, lakin özünün də zərərçəkmiş kimi tanındığını bildirib. Şahid bildirib ki, yanğın baş verən gün qızı evdə olmayıb və onlara 15 min manat kompensasiya ödənilib. O, 30 min manat kompensasiya ödənilməsini istəyib.


Məhkəmədə şahid qismində Eldar Həsənov da ifadə verib. O, binaların üzlənməsi üçün istehsal olunan “poliuretan” maddələrin istehsal olunduğu TNH şirkətində sex müdiri vəzifəsində çalışdığını deyib. Bildirib ki, məhsulun oda davamlı olmasını yoxlamaq onun səlahiyyətində olmayıb.


Məhkəmə prosesi oktyabrın 4-də davam edəcək.

Qeyd edək ki, ötən il aprelin 10-da Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

Faktı üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov həbs edilib.

Xatırladaq ki, təqsirləndirilən Nüsrət Muxtarov təcridxanada ölüb. Məhkəmədə onun hüquqi varisi Asif Muxtarov iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR