Ağcabədi sakini narkotik satarkən tutulub

Ağcabədi sakini narkotik satarkən tutulub
# 16 iyun 2016 10:57 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağcabədi rayon sakini Fikrət Həsənov 200,08 qram “Spays” narkotik vasitəsini 3400 manata və 700 ABŞ dollarına satarkən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR