Türkiyədə Cümə namazları zamanı iş olmayacaq

Türkiyədə Cümə namazları zamanı iş olmayacaq
# 05 yanvar 2016 11:54 (UTC +04:00)

Bakı – APA. Türkiyədə həftənin cümə günləri namaz vaxtı iş olmayacaq.

APA-nın xəbərinə görə, bunu baş nazir Əhməd Davudoğlu Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupunun toplantısında çıxış edərkən deyib.

“Cümə günləri iş saatının ibadət azadlığımıza təsir etməyəcək şəkildə yenidən tərtib olunması üçün qərar layihəsi hazırladıq. Amma iş vaxtında hər hansı azalma olmayacaq. Allah xeyirli və mübarək eləsin, Cümə namazlarında edilən duaları da qəbul etsin”, - deyə Ə. Davudoğlu söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR