Şamaxıda avtomobillər toqquşub, sürücü ölüb

Şamaxıda avtomobillər toqquşub, sürücü ölüb
# 21 iyul 2016 19:15 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov-APA. Şamaxı rayonunda bir nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 19:30 radələrində Şamaxı şəhərində qeydə alınıb. Rayon sakinlərinə məxsus 99-BF-930 dövlət nömrə nişanlı “Mersedes” və 35-BC- 560 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobilləri toqquşub. Zərbənin təsiri nəticəsində hər iki avtomobil yoldan çıxaraq hasara çırpılıb.

Hadisə zamanı “VAZ 2106”nın sürücüsü, 1976-cı il təvəllüdlü Alıyev Qadir Alı oğlu ağır bədən xəsarətləri alaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR