Ağcabədidə yol qəzası baş verib, xəsarət alan var

Ağcabədidə yol qəzası baş verib, xəsarət alan var
# 15 oktyabr 2015 16:26 (UTC +04:00)

Ağcabədi. Ziya Əmirxanlı - APA. Ağcabədidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, hadisə Hindarx-Ağcabədi yolunun Qarabağ kanalı üzərindəki körpüdə qeydə alınıb.

04 BK 721 dövlət nömrə nişanlı VAZ-2107 markalı avtomobil idarəetməni itirərək körpünün üzərindəki qoruyucu dirəklərə çırpılıb.

Məlum olub ki, avtomobil xəsarət alan Ağcabədi rayonunun Hacıbədəlli kənd sakini, 1971-ci il təvəllüdlü Əsədov Həsən Lətif oğluna məxsusdur. Hadisə şahidlərinin bildirdiyinə görə, avtomobili H. Əsədov deyil, başqa adam idarə edib.

Ağcabədi Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, H. Əsədov xəstəxanaya yaralı vəziyyətdə daxil olub. Onun vəziyyəti ağırdır. Həkimlər H. Əsədovun həyatını xilas etməyə çalışır.

Faktla bağlı Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR