Göyçayda baş vermiş kütləvi zəhərlənmənin səbəbləri açıqlanıb

Göyçayda baş vermiş kütləvi zəhərlənmənin səbəbləri açıqlanıb
# 21 sentyabr 2016 13:36 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. İki gün öncə Göyçayda baş vermiş kütləvi zəhərlənmənin səbəbləri açıqlanıb. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya açıqlamasında bildirib ki, Göyçayda mağarda keçirilən toyda baş vermiş zəhərlənmənin səbəblərini araşdırmaq üçün mal əti, qarışıq turşu (kələm-yerkökü), pendir, həmçinin xəstələrin qusuntu materiallarından nümunələr götürülüb. Nümunələrdə mikroorqanizmlər, bağırsaq çöpləri tapılıb: "Bu da onu göstərir ki, qidalar son dərəcədə çirklənmiş qida olub və nəticədə zəhərlənmə yaradıb".

İ.Abdullayev qeyd edib ki, sentyabrın 19-da baş vermiş kütləvi zəhərlənmə zamanı 22 nəfər zəhərlənib. Onlardan 12-si uşaq olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR