Şəmkir sakini odlu silahdan açılan atəş nəticəsində yaralanıb

Şəmkir sakini odlu silahdan açılan atəş nəticəsində yaralanıb
# 07 yanvar 2016 07:54 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli - APA. Şəmkir rayon sakini odlu silah yaralanması ilə xəstəxanaya yerləşdirilib. Şəmkir Rayon Mərkəzi Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, rayonun Ələsgərli kənd sakini, 1986-cı il təvəllüdlü Eldəniz Vəliyev sağ qoltuqaltı nahiyənin, sağ bazunun və saitin odlu silah yaralanması xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. E. Vəliyevin hansı şəraitdə xəsarət aldığı hələ ki, məlum deyil.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR