Rusiya MN Həmədan aviabazasından hansı halda istifadə olunacağını açıqlayıb

Rusiya MN Həmədan aviabazasından hansı halda istifadə olunacağını açıqlayıb
# 22 avqust 2016 15:44 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. İranın Həmədan aviabazasından Suriyada terrorçulara məxsus obyektləri bombalayan Rusiya hərbi aviasiyası qarşıya qoyulmuş bütün tapşırıqları uğurla yerinə yetirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyinin xüsusi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, əməliyyatda iştirak edən Rusiya Hərbi Kosmik Qüvvələrinin (HKQ) təyyarələri hazırda Rusiya ərazisindədir. “Bundan sonra Rusiya HKQ Həmədan aviabazasından terrorçuluqla mübarizədə qarşılıqlı razılıq əsasında və Suriyada hökm sürən vəziyyətdən asılı istifadə edəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR