İran Mərkəzi Bankı ikili valyuta kursunu dəyişmək niyyətindədir

İran Mərkəzi Bankı ikili valyuta kursunu dəyişmək niyyətindədir
# 21 avqust 2016 11:51 (UTC +04:00)

Bakı-APA. İran Mərkəzi Bankı ikili valyuta kursunu dəyişmək niyyətindədir.

APA-nın “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, İran Mərkəzi Bankının fəaliyyəti göstərir ki, İran mili valyutası olan rialın kursu üzərində nəzarəti zəiflətmək və son nəticədə ikili valyuta kursuna son qoymaq niyyətindədir.

Bu halda sərmayəçilər xarici valyutanı İran Mərkəzi Bankının müəyyənləşdirdiyi kurs ilə deyil, bazar kursuna uyğun alacaqlar. İran Mərkəzi Bankının sabiq sədr müavini Kamal Seydəli deyib ki, hökumət bununla valyutadəyişmə məntəqələrində dövr edən kapitalı bank sisteminə daxil etmək istəyir. İkili valyuta kursu ölkə iqtisadiyyatına xarici kapital qoyuluşu yolunda maneə sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR