Yəməndə toy mərasiminə havadan zərbə endirilib, 15 nəfər ölüb, 25 nəfər yaralanıb - VİDEO

Yəməndə toy mərasiminə havadan zərbə endirilib, 15 nəfər ölüb, 25 nəfər yaralanıb - <span style="color: red;">VİDEO
# 08 oktyabr 2015 02:17 (UTC +04:00)

APA-nın “The Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Damar əyalətində, paytaxt Sənadan 113 km cənub-şərqdə baş verib.

Qeyd olunur ki, hərbi təyyarələr üsyançı husilərin tərəfdarının toy mərasimini bombardman edib.

İnsidentlə əlaqədar koalisiya rəhbərliyi hələ ki hər hansı şərh verməyib.

Qeyd edək ki, sentyabrın sonunda Qırmızı dəniz sahilində yerləşən Əl-Moxa limanı yaxınlığında toy mərasiminə havadan zərbə endirilməsi nəticəsində 130-dan çox insan həyatını itirib. Hava zərbələrindən ölənlərin əksəriyyəti qadınlar və uşaqlar olub. Səudiyyə Ərəbistanı başda olmaqla koalisiya hadisədə əli olduğunu inkar edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR