"Deutsche Bank": Uçot dərəcəsini artırmaq baxımından dekabr ayı FED üçün ən yaxşı vaxtdır

"Deutsche Bank": Uçot dərəcəsini artırmaq baxımından dekabr ayı FED üçün ən yaxşı vaxtdır
# 07 sentyabr 2016 10:43 (UTC +04:00)

Bakı - APA-Economics. Uçot dərəcəsini artırmaq baxımından dekabr ayı Federal Ehtiyatlar Sistemi (FED) üçün ən yaxşı vaxtdır. "APA-Economics" xəbər verir ki, bu barədə "Deutsche Bank"ın hesabatında deyilir.

"Son açıqlanan statistik göstəricilər FED-in qərarına təsir edəcək əsas amillərdir. Sentyabr ayının 21-22-də keçiriləcək FED-in toplantısınadək açıqlanacaq mühüm statistik göstəricilər yoxdur. Başqa sözlə, FED-in qərarına ciddi şəkildə təsir edə biləcək hər hansı rəqəm gündəmdə deyil. Bu səbəbdən hesab edirik ki, sentyabr ayında FED uçot dərəcəsini artırmayacaq. Bizim proqnozumuza əsasən, uçot dərəcəsinin artırılması üçün ən yaxşı vaxt dekabr ayıdır", - deyə bankın analitikləri bildirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR