Ucar sakini intihar edib

Ucar sakini intihar edib
# 19 aprel 2016 18:31 (UTC +04:00)

Ucar. Zahid Abışov-APA. Ucar sakini intihar edib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Lək kəndində baş verib. Kənd sakini 1960-cı il təvəllüdlü İldırım Baba oğlu Rəhimovun meyiti yaxınları tərəfindən yaşadığı evin həyətindəki ağacdan asılı vəziyyətdə tapılıb.

Hadisənin dəqiq hansı səbəbdən və hansı şəraitdə baş verməsi Ucar rayon Prokurorluğu tərəfindən aparılan araşdırmadan sonra məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR