AÇQ-nin səhmdarının rəhbərlərindən biri işdən çıxarılıb

AÇQ-nin səhmdarının rəhbərlərindən biri işdən çıxarılıb
# 07 sentyabr 2016 08:50 (UTC +04:00)

Bakı - APA-Economics. "Türkiye Petrolleri AO" (TPAO) dövlət şirkətinin rəhbərliyində dəyişiklik olub.

"APA-Economics" xəbər verir ki, bu barədə dövlət qəzetlərində dərc olunan elanda deyilir.

Energetika və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən TPAO-nun İdarə Heyətinin üzvü Selami İncedalcı tutduğu vəzifədən azad olunub. Onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, TPAO Azərbaycanı Gürcüstanla birləşdirən "Cənubi Qafqaz Boru Kəməri" layihəsində 19%, "Azəri-Çıraq-Günəşli" layihəsində isə 6,8%-lik paya sahibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR