Nazir Zakir Həsənov "Efes-2016" beynəlxalq təlimlərini izləyib

Nazir Zakir Həsənov "Efes-2016" beynəlxalq təlimlərini izləyib
# 31 may 2016 10:56 (UTC +04:00)

Bakı-APA. İzmir şəhərində keçirilən "Efes-2016" beynəlxalq təlimlərinin yekun mərhələsi "Doğanbey" poliqonunda baş tutub.

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yüksək səviyyəli qonaqlar qismində təlimləri izləmək üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan poliqona gedib. Sonra Türkiyə Quru Qoşunları komandanı ordu generalı Salih Zeki Çolak təlim haqqında qısa məlumatla çıxış edib.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov yüksək səviyyəli müşahidəçilərlə birgə təlimi izləyib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR