Bakıda 22 yaşlı oğlan intihar edib

Bakıda 22 yaşlı oğlan intihar edib
# 23 sentyabr 2016 08:09 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda intihar hadisəsi baş verib.

Sabunçu rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Sabunçu qəsəbəsində, “Stansiya” adlanan ərazidə qeydə alınıb. Orada yaşayan 1994-cü il təvəllüdlü Yusif İlqar oğlu Sultanov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR