ABŞ-da məktəbdə silahlı insident baş verib - YENİLƏNİB

ABŞ-da məktəbdə silahlı insident baş verib - <span style="color: red;">YENİLƏNİB
# 29 sentyabr 2016 00:30 (UTC +04:00)

Bakı-APA. ABŞ-da məktəbdə baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ibtidai məktəbdə atəş açan yeniyetmə bundan əvvəl atasını güllələyib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Taunvil şəhərinin polis nümayəndəsi bildirib.

Onun sözlərinə görə, 47-yaşlı kişinin meyiti məktəbdən 3 km aralıda tapılıb.

Qeyd edək ki, adı açıqlanmayan yeniyetmənin ibtidai məktəbdə atəş açması nəticəsində iki uşaq və müəllimə yaralanıb. Yaralılardan birinin, 7 yaşlı şagirdin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin səbəbləri barədə hələlik açıqlama verilmir.

00:36

Bakı-APA. ABŞ-ın Taunvill şəhərində (Cənubi Karolina ştatı) ibtidai məktəbdə silahlı insident baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində iki məktəbli və müəllimə xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

İlkin məlumata görə, məktəbdə atəş açan yeniyetmə saxlanılıb. İnsidentin təfərrüatları müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR