Argentinada terror təhdidi ilə əlaqədar gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb

Argentinada terror təhdidi ilə əlaqədar gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb
# 30 oktyabr 2015 21:55 (UTC +04:00)

Bakı-APA. Argentina güc strukturları ölkənin iki böyük ticarət mərkəzində terror aktı törədiləcəyi barədə məlumatla əlaqədar gücləndirilmiş təhlükəsizlik tədbirləri görüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu hökumətin təhlükəsizlik üzrə katibi Serxio Berni bəyan edib.

Bundan əvvəl yerli KİV-lər “Ənsər-əd-Din” ekstremist qruplaşmasının Argentinada terror aktı törətməyi planlaşdırdığı barədə məlumat yayıb. Bu barədə ölkənin xaricdəki diplomatik nümayəndələrindən biri güc strukturlarını xəbərdar edib. Hökumət rəsmisi məlumatı şərh etməkdən imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR