DİN Qazaxda vətəndaşın yaralanması faktı ilə bağlı məlumat yayıb

DİN Qazaxda vətəndaşın yaralanması faktı ilə bağlı məlumat yayıb
# 09 dekabr 2015 09:43 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi Qazaxda vətəndaşın yaralanması faktı ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dekabrın 8-də Qazax rayonunun Quşçu Ayrım kəndində yaşayan Tural Sadıqov əlinin və qoş qəfəsinin səthi didilmiş xəsarətləri ilə xəstəxanaya gətirilib, vəziyyəti qənaətbəxşdir.

İlkin məlumatlara əsasən, T.Sadıqov xəsarəti tapdığı iri çaplı patronla ehtiyatsız davrandığından baş vermiş partlayışdan alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR