Sumqayıtda binada yanğın olub, sakinlər təxliyə edilib

Sumqayıtda binada yanğın olub, sakinlər təxliyə edilib
# 14 yanvar 2016 13:02 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, binanın 4-cü mərtəbəsində vətəndaşa məxsus mənzilin eyvanında 1 ədəd 5 litrlik propan qaz balonun alışması nəticəsində 2 kvadrat metr sahədə ev əşyaları yanıb.

Yanğın zamanı yuxarı mərtəbələrdən 16 sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR